Manchester United-in təsisçisi : “O hələ “böyük məşqçi” səviyyəsini göstərməyib”
Bakı, 9 oktyabr, Tsport.az
Manchester United-in həmtəsisçisi Sir Jim Ratcliffe hesab edir ki, baş məşqçi Ruben Amorim özünü sübut etmək üçün hələ vaxta ehtiyac duyur.
Tsport.az xəbər verir ki, Portuqaliyalı mütəxəssis ötən mövsüm komandaya rəhbərlik etdiyi ilk ildə United-i Premyer Liqada 15-ci yerə çıxarıb.
Ratcliffe “The Times”a açıqlamasında bildirib:
“Ruben hələ istədiyi nəticələri qazanmayıb, amma böyük məşqçi olduğunu göstərməsi üçün üç ilə ehtiyacı var.”