“Neftçi”dən heç-heçə
Bakı, 19 oktyabr, Tsport.az
Misli Premyer Liqasının VIII turunda “Neftçi” doğma meydanda “Araz-Naxçıvan”ı qəbul edib.
Tsport.az xəbər verir ki, Fərid Hacıyevin idarə etdiyi matçda hesabı 19-cu dəqiqədə Bassalar Sambu açır. 36-cı dəqiqədə Ba-Muaka Simakala fərqlənərək hesabı bərabərləşdirir. İlk hissə 1-1 başa çatıb. 47-ci dəqiqədə Ba-Muaka Simakala dubl edərək hesabda komandasını hesabda irəli keçirir. 55-ci dəqiqədə Emin Mahmudov fərqlənərək hesabı bərabərləşdirib. Matç 2-2 başa çatdı.