Formula 1

15-ci döngə yenidən Ferrari pilotuna çətin anlar yaşatdı

Bakı,20 sentyabr ,  Tsport.az 

Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-prisində ən çox marağa səbəb olan anlardan biri də Ferrari pilotu  Charles Leclerc in qəzası olub. Maraqlısı odur ki,  sürücü artıq dəfələrlə məhz Bakı şəhər halqasının 15-ci döngəsində nəzarəti itirib.

 Tsport.az xəbər verir ki, 2021-ci ildə sıralama turunda 15-ci döngədə qəza edən Leclerc, 2024-cü ildə də eyni nöqtədə qəza etmişdi. 2025-ci ildə isə tarix yenidən təkrarlanıb Ferrari pilotu yenə də məhz 15-ci döngədə  nəzarəti itirərək qəza edib həmçinin o azarkeşlərin diqqət mərkəzinə çevrilib.

Bakı şəhər halqasının dar və çətin döngələri pilotlar üçün hər zaman sınaq meydanı olub. Amma Leclerc isə sırf  15-ci döngə ilə sanki “lənətlənib”.

Aytac Mustafayeva