Türkiyəli mütəxəssisə yeni vəzifə verilib
Bakı, 18 mart, Tsport.az
Rumıniyanın “Petrolul” komandası yeni baş məşqçisi olaraq türkiyəli mütəxəssis Mehmet Topalı vəzifəyə gətirib.
Tsport.az xəbər verir ki, 39 yaşlı çalışdırıcı ilə anlaşma əldə edilib. Topal, 3 ay əvvəl bu komandadan ayrılaraq yenidən “Petrolul”da fəaliyyətə başlayacaq.
Hazırda “Petrolul” Rumıniya çempionatında 30 turdan sonra 40 xalla turnir cədvəlinin 9-cu pilləsində yer alır.