Dünya Futbolu

2025-ci ilin azarkeş rekordu

Bakı, 28 iyul , Tsport.az

Bu yay ABŞ-da baş tutan “Manchester United” – “West Ham” yoldaşlıq oyunu (2:1) 2025-ci ilin ən çox izlənən futbol qarşılaşması kimi tarixə düşüb.

Tsport.az xəbər verir ki, Şərqi Rutherfordda keçirilən matçı 82 min 566 azarkeş tribunadan izləyib. Bu göstərici ilə qarşılaşma il ərzində azarkeş cəlb etmə baxımından dünya miqyasında birinci pilləyə yüksəlib.

Qeyd edək ki, sözügedən matç azarkeş sayına görə “Paris Saint-Germain” ilə “Chelsea” arasında baş tutan FIFA Klub Dünya Çempionatının finalından da üstün olub. Həmin final oyununu 81 min 118 nəfər izləyib.

Azarkeş marağının əsas səbəblərindən biri isə bilet qiymətləridir. Yoldaşlıq görüşünə biletlər 77 dollardan başlayırdı, halbuki final qarşılaşmasına giriş minimum 200 dollar idi.