2026 FIFA Dünya Kubokunda 10:0 hesablı qələbə qeydə alınıb
Bakı, 10 oktyabr, Tsport.az
2026-cı il FIFA Dünya Kubokunun Avropa təsnifat mərhələsinin 7-ci turunda dünən gecə 8 qarşılaşma keçirilib.
Tsport.az xəbər verir ki,günün ən böyükhesablı qələbələrinə Avstriya və Danimarka imza atıblar.
H qrupunda Avstriya evdə San Marinonu 10:0 hesabı ilə məğlub edib. C qrupunda isə Danimarka səfərdə Belarusa 6:0 hesabı ilə qalib gəlib.
Günün digər qarşılaşmalarını təqdim edirik:
C qrupu:
- Belarus – Danimarka: 0–6
- Şotlandiya – Yunanıstan: 3–1
G qrupu:
- Finlandiya – Litva: 2–1
- Malta – Niderland: 0–3
H qrupu:
- Avstriya – San Marino: 10–0
- Kipr – Bosniya və Herseqovina: 2–2
L qrupu:
- Çexiya – Xorvatiya: 0–0
- Farer adaları – Monteneqro: 4–0