2027 Çempionlar Liqası finalinin keçiriləcəyi stadion açıqlanıb
Bakı, 8 aprel, Tsport.az
UEFA, 2026-27 Mövsümünün Çempionlar Liqası finalını Estadio Metropolitanoda keçirəcək.
Tsport.az xəbər verir ki, UEFA, 2026-27 mövsümünün Çempionlar Liqası finalının İspaniyanın “Atletiko Madrid” klubunun ev sahibi olduğu Estadio Metropolitano stadionunda keçirilməsinə qərar verib. Daha əvvəl, 2018-19 mövsümündə “Liverpool” ilə “Tottenham” arasında keçirilən final da bu stadionda oynanmış və “Liverpool” 2-0 hesabı ilə qalib gəlmişdi.
Bu ilin finalı isə Almaniyanın “Bayern München” klubunun ev sahibliyindəki Allianz Arena stadionunda keçiriləcək.
Növbəti mövsümün (2025-26) finalı isə Macarıstanın paytaxtı Budapeştdə yerləşən Puskas Arena stadionunda oynanacaq.