Digər

40 milyon dollar qazanan elit tennisçi

Bakı, 14 aprel, Tsport.az

İspaniyanın tennis ulduzu Carlos Alcaraz, idman karyerasında daha bir əlamətdar uğura imza atıb.

Tsport.az xəbər verir ki, “Böyük Dəbilqə” turnirlərinin 4 qat qalibi olan 21 yaşlı raket ustası, ümumi qazancı 40 milyon dolları keçən tennisçilər sırasına qoşulub.

Bu nailiyyət Monakoda keçirilən “Monte Carlo Masters” turnirində əldə edilən qələbədən sonra gerçəkləşib. Finalda rəqibinə qalib gələn Alkaraz, bu turnirin mükafat fondundan 1 milyon dollar qazanaraq ümumi gəlirini 40 milyon dollardan yuxarıya daşıyıb. Bununla da o, həm kişilər, həm də qadınlar arasında bu göstəriciyə çatan 11-ci tennisçi olub.

Hazırda kişilər arasında ən çox qazanan tennisçi 24 “Böyük Dəbilqə” çempionluğu olan Novak Djokovicdir – onun ümumi qazancı 187 milyon dolları ötüb. Qadınlar arasında isə Serena Williams 95 milyon dollarlıq gəliri ilə zirvədə qərarlaşıb.

Carlos Alcarazın bu uğuru, onu nəinki gənc yaşında ulduz edən oyunları ilə, həm də maddi baxımdan tennis tarixinin ən elit adları arasına yerləşdirir.