Dünya Futbolu

“Beşiktaş” derbini tək qolla qazandı

Bakı, 4 may, Tsport.az

fenerbahçe (Fənərbaxça) ilə “Beşiktaş” Türkiyə Super Liqasının 34-cü turunda derbi qarşılaşmasında üz-üzə gəlib.

Tsport.az xəbər verir ki, Ülker stadionunda keçirilən oyunun 36-cı dəqiqəsində Gedson Fernandesin yerinə yetirdiyi penalti zərbəsini qapıçı İrfan Can Əğribayat dəf edib. Portuqaliyalı futbolçu isə 44-cü dəqiqədə qara-ağlılara qələbə qazandıran qola imza atıb.

Liqa ərzində 17 oyundan sonra ilk dəfə məğlub olan “Fenerbahçe” 75 xalda qaldı və çempionluq yarışında ağır zərbə aldı.

Super Liqada üçüncü yer uğrunda mübarizə aparan “Beşiktaş” isə xallarını 55-ə çatdırıb.