800 nəfərlik balıqçı kəndinin çempion komandası
Bakı, 8 oktyabr, Tsport.az
İsveçin 1-ci Futbol Liqası (Allsvenskan) komandalarından Mjällby, mövsümün bitməsinə 4 tur qalmış tarixində ilk çempionluğunu elan etməyə hazırlaşır.
Tsport.az xəbər verir ki, Baltik dənizi sahilindəki Hallevik kəndinin komandası Mjällby, milli fasilədən sonra oynanacaq ilk oyununda, 20 oktyabrda Göteborg səfərində qələbə qazanarsa, ilk liqa çempionluğunu rəsmiləşdirəcək.
Mjällby, İsveçin 16 komandalı liqasında 26 turda 19 qələbə, 6 heç-heçə və 1 məğlubiyyətlə 63 xal toplayıb.
1939-cu ildə qurulan klub, ilk dəfə 1980-ci ildə İsveçin ən yüksək səviyyəli liqası Allsvenskan-da iştirak edib və indiyədək 13 mövsüm bu liqada çıxış edib.
Mjällby çempion olarsa, UEFA Çempionlar Liqası təsnifat mərhələsində mübarizə aparacaq və 2026-27 mövsümündə tarixində ilk dəfə Avropa kuboku matçına çıxacaq.