Azərbaycan FutboluMüsahibə

“Biz hələ də tam formalaşmamış yeni bir komandayıq”

Bakı, 24 avqust, Tsport.az

Misli Premyer Liqasının II turunda “Qarabağ” doğma meydanda “Sumqayıt“ı qəbul edib.

Tsport.az xəbər verir ki, 0-1 hesabı ilə başa çatan matçdan sonra “Sumqayıt”ın üzvü Masaki Murata fikirlərini bizimlə bölüşüb:


– Məncə, oyunun ilk hissəsində, xüsusilə də ilk dəqiqələrdə istədiyimiz oyunu göstərə bilmədik. “Qarabağ”ın oyun üslubuna uyğunlaşmaqda çətinlik çəkdik. Bildiyiniz kimi, komandamızda bir çox yeni futbolçu var və onlar Qarabağın necə oynadığını tam tanımırdılar. Biz hələ də tam formalaşmamış yeni bir komandayıq. Lakin ikinci hissədə daha yaxşı uyğunlaşa bildik və bəzi qol imkanları yaratdıq. Ümumilikdə yaxşı oyun keçdi. “Qarabağ” güclü rəqib idi, amma York olaraq biz də qalib gələ bilərdik. Bu, futbolun bir hissəsidir.

– “Qarabağ”ın yaratdığı imkanlar barədə nə düşünürsünüz?
– Əlbəttə, Qarabağ bizdən daha çox qol imkanı yaratdı. Amma futbolda bu kimi hallar normaldır.

– “Sumqayıt”da oynamaq barədə təəssüratlarınız necədir?
– Məncə, komandamızda kifayət qədər keyfiyyətli futbolçular var. Hələ də komanda kimi formalaşma mərhələsindəyik və bir-birimizi tanımağa çalışırıq. Lakin hər keçən gün daha da yaxşı oluruq.

– Azərbaycan Premyer Liqası barədə fikirləriniz:

– Məncə, hər mövsüm çempionatın səviyyəsi yüksəlir. Xüsusilə Qarabağ – hazırda Çempionlar Liqasının seçmə mərhələsində çıxış edirlər. Digər komandalar da, məsələn Zirə, Qəbələ, Sabah – hamısı inkişaf edir. Ötən mövsüm burada deyildim, amma bu mövsüm qayıtmışam və özümü burada çox rahat və xoşbəxt hiss edirəm.

Bahar Rüstəm