Dünya Futbolu

900 futbolçu onlayn təhqirə məruz qalıb

Bakı, 17 oktyabr, Tsport.az

EFL-in (İngiltərə Futbol Liqası) açıqlamasına görə, 2024/25 mövsümündə təxminən 900 futbolçu sosial şəbəkələrdə təhqirə məruz qalıb.

Tsport.az xəbər verir ki, Liqa ötən mövsümlə bağlı statistikada 141 irqçi insident və 5 mindən çox onlayn təhqir hadisəsinin qeydə alındığını bildirib.

EFL-in məlumatına əsasən, 17 azarkeş klublarından uzaqlaşdırılıb, 24 nəfər polis tərəfindən məsuliyyətə cəlb olunub, 26 nəfər barışdırıcı ədalət proqramına yönləndirilib, 80-dən çox iş isə hələ araşdırma altındadır.

EFL rəhbəri Trevor Birch bildirib:

“İrqçiliklə mübarizədə real addımlar atılır. Qadağalar tətbiq edilir, təhqir halları hüquq-mühafizə orqanlarına ötürülür və günahkarların davranışlarını dərk etməsi üçün reabilitasiya proqramları həyata keçirilir.”

Anti-diskriminasiya təşkilatı Kick It Out isə 2024/25 mövsümündə diskriminasiya ilə bağlı rekord sayda müraciət aldığını açıqlayıb.