A Seriyasının ən yaxşı futbolçusu bəlli olub
Bakı, 24 may, Tsport.az
İtaliya A Seriyasında 2024/2025 mövsümünün ən yaxşı futbolçusu bəlli olub.
Tsport.az xəbər verir ki, bu mövsüm Napoli klubunda parlaq çıxışı ilə yadda qalan Scott McTominay ilin oyunçusu seçilib.
28 yaşlı şotland yarımmüdafiəçi mövsüm ərzində 34 oyunda 12 qol və 6 assist ilə komandasının uğurunda mühüm rol oynayıb. Onun liderliyi və meydandakı performansı “Napoli”yə çempionluğu qazandıran əsas amillərdən biri olub.
Qeyd edək ki, “Napoli” mövsümün son turunda Cagliari üzərində qələbə qazanaraq A Seriyasının 2024/2025 mövsümünün çempionu adını rəsmiləşdirib.