Dünya Futbolu

Aaron Ramsey karyerasını Meksikada davam etdirəcək

Bakı, 1 iyul , Tsport.az 

Uels millisinin üzvü Aaron Ramseyin yeni klubu bəlli olub.

Tsport.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi “Unam Pumas” klubu ilə anlaşma əldə edib. Onunla 1+1 illik müqavilə imzalanacağı bildirilir.

Təcrübəli futbolçu son mövsümü vətənində – “Cardiff City” klubunda keçirib. Ramsey daha əvvəl uzun illər “Arsenal” və “Juventus” klublarının da formasını geyinib.