Azərbaycan Futbolu

Abdullah Zoubir “Qarabağ”da 300-cü oyununu keçirib

Bakı, 17 mart, Tsport.az

Abdullah ZoubirQarabağ“da keçirdiyi 300-cü oyununu qeyd edib.

Tsport.az xəbər verir ki, bu mühüm hadisə Misli Premyer Liqasının XXVII turunda baş tutub. Fransalı yarımmüdafiəçi “Kəpəz”lə oynanan səfər qarşılaşmasının (0:0) 61-ci dəqiqəsində oyuna daxil olub.

33 yaşlı futbolçu, “Qarabağ”da keçirdiyi 300 matçda 66 qol vurub.

Xatırladaq ki, Zoubir 2018/2019 mövsümündən “Qarabağ”da çıxış edir. Onun debüt oyunu 2018-ci ilin 11 iyulunda Çempionlar Liqasının “Olimpia” ilə qarşılaşmasında baş tutub (1:0). Bu müddət ərzində, Zoubir 179 çempionat (46 qol), 23 kubok (5 qol) və 98 avrokubok (15 qol) matçında iştirak edib.