Basketbol

“Abşeron” “Naxçıvan” üzərində qələbə qazanıb

Bakı, 18 mart, Tsport.az

Azərbaycan Basketbol Liqasının XIX turunda “Abşeron” “Naxçıvan” komandaları üz-üzə gəlib.

Tsport.az xəbər verir ki, Erhan Tokerin rəhbərlik etdiyi “Abşeron” komandası “Naxçıvan”ı 60:58 hesabı ilə məğlub edib.

Turun əvvəlki oyunlarında isə “Sumqayıt” “Quba”nı 112:103, “Ordu” isə “Lənkəran”ı 87:65 hesabı ilə yenib.