Azərbaycan Futbolu

Addai-nin qolu Çempionlar Liqasında günün ən yaxşısı seçilib

Bakı, 3 oktyabr, Tsport.az

“Qarabağ”ın futbolçusu Emmanuel Addainin vurduğu qol UEFA Çempionlar Liqasında günün ən yaxşısı elan olunub.

Tsport.az xəbər verir ki, seçim azarkeşlərin səsverməsi ilə müəyyənləşib. 24 yaşlı hücumçu Bakıda Danimarka təmsilçisi “Copenhagen” üzərində qazanılan II tur qələbəsində fərqlənib. Forvard komandasının ikinci qoluna imza atıb.

Addai ilə yanaşı, İngiltərə təmsilçisi “Manchester City”-dən Erling Haaland, Fransa klubu “Monaco”-dan Jordan Teze, həmçinin Niderlandın “PSV” komandasından Ismael Saibari də namizədlər arasında olub.

Qeyd edək ki, “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda “Copenhagen” üzərində 2:0 hesabı ilə qələbə qazanıb.