Ademola Lookman “Arsenal”a transfer oluna bilər
Bakı, 9 avqust, Tsport.az
“Atalanta“nın nigeryalı hücumçusu Ademola Lookman karyerasını İngiltərədə davam etdirə bilər.
Tsport.az xəbər verir ki, London təmsilçisi “Arsenal” futbolçunun meneceri ilə bu həftə görüşməyi planlaşdırır. 27 yaşlı oyunçunun transfer qiyməti 60 milyon avro olaraq göstərilir.
Qeyd edək ki, Nigerya millisinin üzvü ötən mövsüm Atalanta forması ilə 40 oyunda iştirak edib və 20 qol, 6 asistlə yadda qalıb.