Dünya Futbolu

Adrien Rabiot zədələndi – “Milan” üç həftə onu itirdi

Bakı, 18 oktyabr, Tsport.az

“Milan”nın yarımmüdafiəçisi Adrien Rabiot zədəsi səbəbindən bir müddət meydana çıxa bilməyəcək.

Tsport.az xəbər verir ki, komandanın baş məşqçisi Massimiliano Allegri “Fiorentina” ilə bazar günü (20:45) baş tutacaq oyundan öncə keçirdiyi mətbuat konfransında fransalı futbolçunun növbəti yığma fasiləsinədək – təxminən üç həftə oynaya bilməyəcəyini açıqlayıb.

30 yaşlı futbolçuda Fransa – İslandiya (2:2) görüşündən əvvəl baldır əzələsində zədə aşkarlanmışdı. O, Milana qayıtdıqdan sonra əlavə müayinədən keçib və MRT nəticələri onun bu müddət ərzində oynaya bilməyəcəyini təsdiqləyib.