AFFA “Qəbələ”yə maliyyə dəstəyi göstərib
Bakı, 3 iyul , Tsport.az
AFFA “Qəbələ” Futbol Akademiyasının maliyyə çətinlikləri ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Tsport.az xəbər verir ki, AFFA akademiyanın fəaliyyətini davam etdirməsi üçün bir il ərzində 700 min manat vəsait ayırıb. Bu məbləğ may ayının sonunda klubun hesabına köçürülüb.
Yeni mövsümdə isə “Qəbələ”nin Premyer Liqada iştirakını təmin etmək məqsədilə 2,5 milyon manat ayrılması planlaşdırılır.
Bundan əlavə, AFFA müxtəlif yaş qrupları üzrə milli komandaların Qəbələdə təlim-məşq toplanışları keçirməklə kluba əlavə dəstək göstərdiyini də açıqlayıb.