AFFA “Traktor” klubunu təbrik edib
Bakı, 5 may, Tsport.az
AFFA İran Pro-liqasında ilk dəfə çempion olan Təbrizin “Traktor” komandasını təbrik edib.
Tsport.az xəbər verir ki, bu barədə assosiasiyanın mətbuat xidməti sosial şəbəkə hesabında paylaşım edib.
Qeyd edək ki, “Traktor” XXVIII turda “Şəms Azər” komandasını 4:0 hesabı ilə məğlub edərək qızıl medalları özü üçün təmin edib.
Xallarının sayını 64-ə çatdıran “qızıl qurdlar”ın sona 2 tur qalmış çempion olacağı dəqiqləşib.