Azərbaycan Futbolu

AFFA yeni layihəyə imza atıb

Bakı, 28 fevral, Tsport.az

AFFA, Elm və Təhsil Nazirliyi ilə birgə SCALE (İdman karyerası və akademik öyrənmənin gücləndirilməsi) layihəsini həyata keçirməyə başlayıb.

Tsport.az xəbər verir ki, Milli assosiasiyanın mətbuat xidmətinin verdiyi məlumata görə, beynəlxalq miqyasda reallaşdırılan bu layihə 2025-ci ilin dekabr ayına qədər davam edəcək. Layihənin əsas məqsədi gənc futbolçulara həm idmanda, həm də təhsildə uğur qazanmaları üçün dəstək verməkdir.

Bu təşəbbüs UEFA-nın dəstəyi ilə Azərbaycan, İtaliya, Rumıniya, Malta və Moldova futbol federasiyalarının əməkdaşlığı çərçivəsində icra olunur. Məktəblər və futbol klublarında tətbiq ediləcək ikili karyera modeli sayəsində gənc oyunçuların akademik və idman inkişafı paralel şəkildə təmin ediləcək.

Layihə çərçivəsində martın 1-də məşqçi müəllimlər üçün nəzərdə tutulan təlim və praktiki məşğələlər təşkil ediləcək.