Dünya Futbolu

“Ajax” baş məşqçisi ilə vidalaşıb

Bakı, 19 may, Tsport.az

“Ajax” baş məşqçisi Francesco Farioli ilə yollarını ayırdı.

Tsport.az xəbər verir ki, Francesco Farioli Amsterdam təmsilçisi “Ajax” klubundan ayrılıb. 36 yaşlı italyan mütəxəssis klubdan öz istəyi ilə ayrılmağa qərar verib.

Qeyd edək ki, Farioli 2024-cü ilin mayında “Ajax”-la 3 illik müqavilə imzalamışdı. Lakin tərəflər arasındakı əməkdaşlıq gözlənilmədən sona çatıb.

“Ajax” cari mövsüm Eredivisie çempionatını 78 xalla ikinci pillədə tamamlayıb. Komanda çempion olan “PSV Eindhoven”-dən cəmi 1 xal geri qalıb.