Dünya Futbolu

“Ajax” futbolçusu ilə yollarını ayırıb

Bakı, 10 iyul, Tsport.az

Təcrübəli ingilis yarımmüdafiəçi Jordan Henderson Niderland təmsilçisi “Ajax” ilə yollarını ayırıb.

Tsport.az xəbər verir ki, klubun mətbuat xidmətinin yaydığı məlumata görə, tərəflər qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam veriblər.

35 yaşlı futbolçu 2024-cü ilin əvvəlində Amsterdam klubuna qoşulmuşdu. Henderson bu müddət ərzində 57 oyunda forma geyinib, 1 qol vurub və 9 assistlə yadda qalıb.

Karyerası ərzində Henderson “Liverpool”, “Sunderland”, “Coventry City” və “Al-Ettifaq” kimi klubların da formasını geyinib.