Dünya Futbolu

“Ajax” heyətini gücləndirib

Bakı, 15 iyul, Tsport.az

Niderlandın tanınmış klubu “Ajax” heyətini yeni futbolçu ilə gücləndirib. Amsterdam təmsilçisi, La Liga 2 klublarından olan “Real Valladolid”-in yarımmüdafiəçisi Raúl Moro ilə 5 illik müqavilə bağlayıb.

Tsport.az xəbər verir ki, bu barədə Ajax klubunun rəsmi mətbuat xidməti məlumat yayıb. 22 yaşlı ispaniyalı oyunçu yeni mövsümdən etibarən Eredivisie təmsilçisinin formasını geyinəcək.

Raúl Moro “Real Valladolid”-in heyətində 65 matçda meydana çıxıb, bu müddətdə 7 dəfə rəqib qapılarını dəqiq nişan alıb və 11 məhsuldar ötürmə ilə yadda qalıb. O, həmçinin 2021-ci ildə İspaniya U-21 yığmasının formasını geyinib.