Dünya Futbolu

“Al Ahly” Brunu Lage ilə razılığa gələ bilmədi

Bakı, 30 sentyabr, Tsport.az

Misirin “Al Ahly” klubu portuqaliyalı mütəxəssis Bruno Lageni baş məşqçi postuna gətirmək istəsə də, danışıqlar nəticəsiz qalıb.

Tsport.az xəbər verir ki, günlərlə aparılan müzakirələrdən sonra təcrübəli çalışdırıcı təklifi rədd edib.

Lagenin ailəsi Misir variantına açıq olsa da, mütəxəssis Avropanın aparıcı liqalarından aldığı marağı nəzərə alaraq digər imkanları dəyərləndirməyi üstün tutub.