Dünya Futbolu

“Al-Hilal” Superkubokdan imtina etdi

Bakı, 21 iyul , Tsport.az 

Səudiyyə Ərəbistanının aparıcı klublarından olan “Al-Hilal” bu yay keçiriləcək ölkə Superkuboku yarışında iştirak etməyəcək.

Tsport.az xəbər verir ki, klub bununla bağlı Səudiyyə Ərəbistanı Futbol Federasiyasına rəsmi məktub göndərərək qərarını açıqlayıb.

Qərarın səbəbləri:

  • Superkubokun 19–23 avqust tarixlərində keçirilməsi futbolçuların illik 28 günlük məzuniyyətini 21 günə endirir ki, bu da əmək qanunvericiliyinə və müqavilə şərtlərinə ziddir.
  • Komandanın ABŞda keçirilən Klublararası Dünya Çempionatında iştirakı yay toplanışını gecikdirib və digər iştirakçılarla müqayisədə bərabərsiz şərait yaradıb.
  • Superkubokun keçiriləcəyi məkan – Honqkonq – çox gec, iyunun 13-də elan olunub. Komanda həmin vaxt artıq ABŞ-da idi və rəsmi təqvim iyulun 1-də dəqiq yer göstərilmədən təqdim edilmişdi.