“Al-Hilal” Victor Osimhen üçün danışıqlara başlayıb
Bakı, 28 aprel, Tsport.az
Al Hilal (Əl-Hilal) “Napoli”nin hücumçusu Victor Osimhenlə danışıqlara başlayıb.
Tsport.az xəbər verir ki, bu transferin təfərrüatları hələlik açıqlanmayıb. Hazırda Osimhen, “İstanbul Aslanları”nda icarə əsasında çıxış edir. O, “Napoli” ilə 2026-cı ilin 30 iyununa qədər müqavilə bağlayıb.
Bu mövsüm “İstanbul Aslanları”nda 36 oyunda meydana çıxan Osimhen, 31 qol vurub və 7 məhsuldar ötürmə edib. Futbolçunun müqaviləsində 75 milyon avro dəyərində sərbəst qalma maddəsi yer alır.