“Al-Hilal”dan transfer deyil, məşqçi bombası
Bakı, 18 aprel, Tsport.az
Transfer bazarının ən aktiv iştirakçılarından olan Səudiyyə Ərəbistanının “Al Hilal” klubu bu dəfə hədəfini futbolçular deyil, məşqçi cəbhəsində müəyyənləşdirib.
Tsport.az xəbər verir ki, klubun rəhbərliyi İtaliya nəhəngi “Inter”in baş məşqçisi Simone Inzaghi ilə danışıqlara başlamaq üçün Milana yollanıb.
Səudiyyə klubu artıq “Inter” rəhbərliyi ilə görüşlər keçirir və İnzaghini razı salmaq üçün ciddi cəhd göstərir. Onların hədəfi təcrübəli çalışdırıcını cazibədar maliyyə şərtləri ilə komandaya cəlb etməkdir.
Halbuki İnzaghi yaxın günlərdə “Inter”lə müqaviləsini uzadıb və illik 7 milyon avro maaş əldə edəcək. Buna baxmayaraq, “Al Hilal” italiyalı mütəxəssisə illik 20 milyon avroya qədər yüksək gəlirli təklif təqdim edib.