“Al Nassr” ulduz futbolçu ilə yeni mqavilə imzalamaq istəyir
Bakı, 10 aprel, Tsport.az
Səudiyyə Ərəbistanının “Al-Nassr” klubu, Cristiano Ronaldo ilə yeni sözləşmə imzalamağa hazırlaşır.
Tsport.az xəbər verir ki, 40 yaşlı ulduz futbolçuya klub rəhbərliyi tərəfindən iki illik yeni müqavilə təklif edilib.
Ronaldo, “Al-Nassr”a 2023-cü ilin qışında qoşulub və klubla keçirdiyi müddətdə 98 oyunda 88 qol vurub, həmçinin 19 assist verib.
Hazırda futbolçunun “Al-Nassr” ilə olan müqaviləsi 2025-ci ilin yayına qədər davam edir.