“Al-Nassr”ın yeni baş məşqçisi Jorge Jesus oldu
Bakı, 29 iyun , Tsport.az
Səudiyyə Ərəbistanının aparıcı klublarından olan “Al-Nassr“, yeni baş məşqçi təyinatını rəsmiləşdirib. Klubun sükanı arxasına tanınmış portuqaliyalı çalışdırıcı Jorge Jesus keçib.
Tsport.az xəbər verir ki, əvvəlki baş məşqçi Stefano Pioli ilə yollar ayrıldıqdan sonra, komandanın ulduz futbolçusu Cristiano Ronaldo öz həmyerlisinin gətirilməsində vasitəçi rolunu oynayıb.
70 yaşlı Jorge Jesus 2024-cü ildə “Al-Hilal” klubunu həm Səudiyyə çempionluğu, həm də kubok uğurlarına aparmış, lakin may ayında klubdan ayrılmışdı.