Dünya Futbolu

“Alanyaspor” hazırlıq oyununda qalib gəldi

Bakı, 17 iyul, Tsport.az

Trendyol Süper Liqa təmsilçisi “Corendon Alanyaspor” hazırlıq matçında “Erzurumspor FK” üzərində 2:0 hesablı qələbə qazandı.

Tsport.az xəbər verir ki,yeni mövsüm öncəsi hazırlıqlarını Erzurumun Palandöken Dağı ətəyində yerləşən Yüksək İrtifa Düşərgə Mərkəzində davam etdirən “Alanyaspor”, Trendyol 1. Liqa komandası “Erzurumspor FK” ilə qarşılaşıb.

Görüş düşərgə mərkəzindəki meydançada keçirilib. “Alanyaspor”un qollarını 25-ci dəqiqədə Sporar və 43-cü dəqiqədə İbrahim Kaya vurub.

Matçı “Alanyaspor”un prezidenti Hasan Çavuşoğlu, vitse-prezident Hüsamettin Akyüz, baş koordinator Mevlüthan Çavuşoğlu, TFF-nin Erzurum bölgə müdiri Mehmet Akif Fencioğlu və “Erzurumspor FK” prezidenti Ahmet Dal da izləyib.