Dünya Futbolu

Aleksandr Lacazettenin evi oyun zamanı qarət olunub

Bakı, 19 may, Tsport.az

Fransanın “Lyon” klubunun hücumçusu Alexandre Lacazettenin evi qarət edilib.

Tsport.az xəbər verir ki, hadisə Fransa Liqa 1-in XXXIV turu çərçivəsində keçirilən “Lyon” – “Angers” (2:0) matçı zamanı baş verib. Qarşılaşma başladıqdan təxminən yarım saat sonra iki naməlum şəxs futbolçunun evinə daxil olaraq seyfi sındırıb və qızıl-zinət əşyaları, bahalı dəri aksesuarları və pul oğurlayıblar.

Ümumi zərərin 10 min avrodan çox olduğu bildirilir. Hadisə ilə bağlı polis araşdırmalara başlayıb.

Qeyd edək ki, Alexandre Lacazette “Lyon” klubunun yetirməsidir. O, 2017-ci ildə “Arsenal”-a transfer olunmuş, 2022-ci ildə isə “Lyon”-a qayıtmışdı.