Dünya Futbolu

Alexander Isak “Newcastle”da qalmayacaq

Bakı, 12 avqust, Tsport.az

İsveç millisinin futbolçusu Alexander Isak yeni mövsümdə “Newcastle United” klubunda oynamayacaq.

Tsport.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabrizio Romano məlumat yayıb.

25 yaşlı hücumçu artıq İngiltərə klubunun rəhbərliyinə ayrılmaq istəyini bildirib.

İsakın əsas arzusu “Liverpool”a transfer olmaqdır. Onun “Newcastle” ilə müqaviləsi 2028-ci ilin yayında başa çatacaq.Futbolçunun gələcək karyerası ilə bağlı məsələlər yaxın günlərdə dəqiqləşəcək.