Dünya Futbolu

Alexander Sörloth’dan ayrılıq qərarı

Bakı, 19 avqust, Tsport.az

Mövsümə məğlubiyyətlə başlayan “Atletico Madrid”də Alexander Sörloth komandadan ayrılmaq istədiyini klub rəhbərliyinə bildirib.

Tsport.az xəbər verir ki, İspaniyalı jurnalist Xose İqnasiо Fernandesin xəbərinə görə, mövsümün ilk oyununa ehtiyat oyunçular skamyasında başlayan norveçli hücumçu daim əsas heyətdə çıxış edəcəyi bir komandaya transfer olmaq istəyir.

Xəbərdə qeyd olunub ki, “Atletico Madrid” oyunçunun gedişinə qarşı çıxmır və ispan klubu onun üçün 35 milyon avro məbləğində transfer haqqı gözləyir.

Ötən mövsüm “Atletico Madrid” forması ilə 50 oyuna çıxan Alexander Sörloth 24 qol vurub.

Zəhra Mansırova