Alperen double-double etdi, Houston üstünlüyü ələ keçirdi.
Bakı, 7 aprel, Tsport.az
“Houston Rockets”,səfərdə “Golden State Warriors”u 106-96 məğlub edərək, Qərb Konfransını ikinci yerdə başa vurmaq üçün böyük üstünlük qazandı.
33 dəqiqə meydanda olan Türkiyəli milli pivot Alperen Şengün, 19 xal və 14 ribaundla double-double etdi.
Tsport.az xəbər verir ki, son 17 oyunun 15-ni qazanan “Houston Rockets”da Dillon Brooks 24, Jalen Green 21, Jabari Smith 16 və Amen Thompson 14 xal ilə diqqət çəkən digər oyunçular oldular.
“Golden State Warriors”tərəfində isə Buddy Hield 20, Brandin Podziemski 19, Gary Payton 16, Jimmy Butler isə 13 xal ilə oynadı.
“LA Lakers” liderə fərq atdı
Qərb Konfransında üçüncü yeri qorumağa çalışan “Los Angeles Lakers”, konfrans lideri “Oklahoma City Thunder”i səfərdə 126-99 məğlub etdi.
Lakers-da Luja Doncic 30, Austin Reaves 20, LeBron James isə 19 xal, 7 asist və 3 ribaundla oynadı.
Oklahoma tərəfində isə liqanın xal lideri Shai Gilgeous-Alexander 26 xal ilə maçı başa vurdu.
Jokicin “triple-double”ı Nuggets’a yetmədi.
Denver Nuggets, Nikola Jokicin “triple-double” çıxışına baxmayaraq, Indiana Pacersə 125-120 məğlub oldu.
Ardı-ardına 4-cü, ümumilikdə isə 32-ci matçını itirən ev sahibi Nuggetsda Jokic 41 xal, 15 ribaund, 13 asistlə mübarizə apardı. Christian Braun isə 30 xal, 8 ribaund, 4 asistlə komandasına dəstək oldu.
Şərq Konfransının 4-cü pilləsindəki Pacersda Myles Turner 24, Obi Toppin isə 22 xal ilə ardıcıl 4-cü, mövsümün 47-ci qələbəsində mühüm rol oynadı.
Aytac Mustafayeva