Dünya Futbolu

Altay Bayındır üçün De Gea sürprizi: İngilislər açıqladı!

Bakı, 18 avqust, Tsport.az 

Premyer Liqa nəhəngi Manchester United, 12 il boyunca klubda çıxış etmiş sabiq qapıcısı ilə yenidən bir araya gələ bilər.

Tsport.az xəbər verir ki, The Sun’ın məlumatına görə, ispaniyalı ulduz son olaraq Fiorentina forması ilə Old Trafford-da oynanan və 1-1 başa çatan mövsüm öncəsi hazırlıq oyununda göstərdiyi performansdan sonra United, De Gea ilə yenidən görüşməyi düşünür. Xəbərdə qeyd edilir ki, De Gea’nın müqaviləsində, nisbətən kiçik bir məbləğ qarşılığında komandadan ayrılmasına imkan verən bir maddə var və Qırmızı Şeytanlar bununla bağlı “gizli arxa plan danışığı” aparıblar.

De Gea, 12 il və 545 oyundan sonra 2023-cü ildə “Old Trafford”dan ayrılmışdı. Bir il azad agent kimi qaldıqdan sonra Fiorentina ilə müqavilə imzalayıb və keçən mövsüm 42 oyunda forma geyib. İndi “United”a qayıdacağı təqdirdə, bu addım bir çox insanın reaksiyasını çəkəcək.

De Gea, “Old Trafford”a dönüşü zamanı sosial mediada belə yazıb:

“”Old Trafford”a, yəni evimə qayıtmaq mənim və ailəm üçün sehrli bir an. Ürəyimin dərinliklərindən, bu qarşılamaya görə, mənə göstərdiyiniz bütün sevgi üçün təşəkkür edirəm. Bu klubda olduğum müddətdə yanımda olan azarkeşlərə də minnətdaram. Yollarımız yenidən kəsişə bilər.”

De Gea Serie A-dakı ikinci mövsümünə hazır olacaq, lakin keçmiş Old Trafford ulduzunun United-a qayıtmaq şansını dəyərləndirəcəyi gözlənilir. Qırmızı Şeytanlarda isə Andre Onana bazar günü Arsenal-a qarşı oynanacaq mövsüm açılış oyununda ilk 11-də yer ala bilər, amma uzunmüddətli qapıcının kim olacağı hələ bəlli deyil. Altay Bayındır isə ehtiyat oyunçu kimi qalacaq kimi görünür. Əgər De Gea yenidən United forması geyinsə, Altay’ın komandada əsas qapıcı olma şansı da xeyli azalacaq.

Zəhra Mansırova