Dünya Futbolu

Altay Bayındırı İngiltərədə yerin dibinə vurdular!Qapıçıya böyük şok…

Bakı, 18 avqust  , Tsport.az

“Manchester United”ın qapıçısı Altay Bayındır, “Arsenal”qarşılaşmasındakı çıxışına görə tənqidlərin hədəfinə çevrildi.

İngiltərə Premyer Liqasının ilk turunda “Manchester United” öz meydanında “Arsenal”a 1:0 hesabı ilə məğlub oldu. “United”ın start heyətində meydana çıxan Altay Bayındır, yeganə qolda yol verdiyi səhv səbəbindən kəskin tənqidlərə məruz qaldı.

Tsport.az xəbər verir ki ,

Bu qoldan sonra Türkiyəli qapıçıya həm “Manchester United” azarkeşləri, həm də klubun əfsanəsi Gary Neville sərt münasibət göstərdi. Fasilə zamanı danışan Neville belə dedi:

“Altay Bayındırın daha güclü olması lazım idi. O, özünə qarşı qayda pozuntusu olduğunu iddia etdi və yəqin ki, bundan şikayətçi olacaq. Qarşısında bir futbolçu var idi və cərimə meydançasında çoxlu itələmə-çəkilmə oldu. Amma qapıçının orada daha güclü olması vacib idi. Saliba, Bayındıra qarşı qayda pozuntusu etməmişdi.”

“Qapıçı olduğundan şübhə edirəm”

Roy Keane isə Altay Bayındır haqqında bunları dedi:

Qapıçı altımetrlik zonada (altıpasda) nəzarəti tam ələ almalıdır. Mən bunu dəfələrlə demişəm. Ora sizin sahənizdir. Daha sərt, daha aqressiv olmalısınız. Altay həmin epizodda çox zəif və yumşaq göründü. “Manchester United”in qapıçısına azarkeşlər sərt reaksiya göstərməlidirlər. Mən bu adamın qapıçı olduğundan şübhə edirəm. Məktəbli işi kimi idi. Hakimə baxma, idarəni öz əlinə al.”

Canlı yayımda mübahisə!

Keanein bu sözlərindən sonra eyni proqramda şərhçi olan Micah Richards ilə aralarında mübahisə yaşandı. Richards bildirdi ki, “United” müdafiəsi çox zəif idi və Altay müdafiəçilər tərəfindən yaxşı qorunmadı. O dedi:

De Ligtin içəri girməsini, Mountın isə kənara çəkilməsini gözləyirdim. Mən Roy ilə razıyam, Altay çox daha yaxşı oynamalı idi, amma qarşınızda bu qədər oyunçu olanda…”

Aytac Mustafayeva