Azərbaycan FutboluMüsahibə

“Amma bu təzyiq yox, məhsuliyyət yaradır” – Rüfət Abbasov

Bakı, 18 aprel, Tsport.az

Misli Premyer Liqasının XXXI turuna bu gün start verilir. Turun açılış matçında “Araz-Naxçıvan” evdə “Turan-Tovuz“u qəbul edəcək.

Tsport.az xəbər verir ki,  matçdan əvvəl ‘Turan Tovuz”un 30 yaşlı yarımmüdafiəçisi Rüfət Abbasov fikirlərini bölüşüb. 

“Komandada fiziki və psixoloji olaraq hər şey yaxşıdır. “Araz-Naxçıvan”la oyun komanda üçün vacib oyundur. Amma xüsusi yanaşma deməzdim. Biz hər oyuna eyni şəkildə hazırlaşırıq. Avrokubomlara vəsiqəni tam təmin etməməyimiz bizim üçün təzyiq yaratmır. Düzdür, Avrokuboklarda oynamaq istəyərik. Amma bu təzyiq yox, məhsuliyyət yaradır. Mövsüm boyu çəkdiyimiz əziyyətin bəhrəsini görmək istəyərik. Bizim hər oyundan sonra sonra iclaslarımız olur. Oyunlarda etdiyimiz səhvləri baş məşqçimiz bizə göstərir. Daha yaxşı nələr edə bilərik, onları məşqçi izah edir. Komandada olan hər kəs dərk edir ki, maksimum səhvlə oynamaq lazımdır”.

Qeyd edək ki, “Araz-Naxçıvan” – “Turan-Tovuz” matçı saat 19:00-da start götürəcək.

Bahar Rüstəm