Azərbaycan FutboluMüsahibə

“Maksimum çalışacağıq ki, həm fərdi həm komanda olaraq əlimizdən gələnin ən yaxşısını edək”- Rüstəm Əhmədzadə

Bakı, 20 avqust  , Tsport.az

Bu sözləri  17 avqust  Misli Premyer Liqasının I turunda” Sumqayıt”ın 3:0 hesabı ilə  “Kəpəz“i məğlub etdiyi matçından sonra Rüstəm Əhmədzadə deyib.

Oyun haqqında fikirləriniz?

-Razıyam,uğurlu bir başlanğıcdır.Bu cür başlamaq daha xoşdur.

Oyundan qabaq qələbə qazanacağınızı düşünürsünüz?

-Yox gözləmək çətindir.Amma maksimum çalışmışdıq ki,qələbə qazanaq.

Bu mövsüm üçün hədəfiniz nədir?

-Konkret olaraq bir hədəf yoxdur.Amma maksimum çalışacağıq  ki, həm fərdi həm komanda olaraq əlimizdən gələnin ən yaxşısını edək.Bunun üçün birlikdə səy göstərəcəyik.

Aytac Mustafayeva