-->
Dünya Futbolu

Ancelottidən Arda Güler və Endrickə müjdə!

Bakı, 4 aprel, Tsport.az

Real Madrid”in baş məşqçisi Carlo Ancelotti, La Ligada “ Valencia” ilə keçiriləcək oyun öncəsi mətbuat konfransı təşkil etdi.

Tsport.az xəbər verir ki, komandadakı zədələr, Rüdigerin mümkün cəzası və yaxınlaşan“Arsenal”oyunu kimi mövzulara toxunan italiyalı baş məşqçi, Arda Güler və Endrickdən də danışıb.

Gənc oyunçuların komandaya töhfə verdiyini vurğulayan Ancelotti bu ifadələri işlədib:

“Endrick və Güler son matçlarda olduğu kimi sabah da yenidən şans qazana bilərlər. Arda, Real Sociedad oyununda yaxşı çıxış etdi; Endrick isə ondan əvvəlki oyunda. Komanda üçün vacib bir dövrdə faydalı ola biləcəklərini göstərdilər.”

Bu sözləri ilə Ancelotti, Arda Gülerin oynamağa davam edəcəyini və onun çıxışından məmnun olduğunu vurğulamış oldu.

Aytac Mustafayeva