Dünya Futbolu

Andreas Christensen “Barcelona”da qalacaq

Bakı, 15 may, Tsport.az

“Barcelona”nın müdafiəçisi Andreas Christensen, klubdan ayrılmaq niyyətində olmadığını açıqlayıb.

Tsport.az xəbər verir ki, Christensen təkliflərə açıq olmadığını və “Barselona”da oynamağa davam etməyi istədiyini bildirib. Kataloniya təmsilçisi ilə hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər davam edir.

2023/24 mövsümündə İspaniya La Liqasında cəmi üç oyun keçirən danimarkalı futbolçu, əsas heyətdə daha çox şans əldə etməyi ümid edir.