Andrija Luković karyerasını Çində davam etdirəcək
Bakı, 29 iyun , Tsport.az
“Zirə” klubunun sabiq futbolçusu Andrija Lukovićin yeni komandası müəyyənləşib. Serbiyalı yarımmüdafiəçi karyerasını Çinin “Shanghai Jiading Huilong” klubunda davam etdirəcək.
Tsport.az xəbər verir ki, bu barədə Çin I Liqasının təmsilçisinin mətbuat xidməti rəsmi açıqlama yayıb.
Qeyd edək ki, 29 yaşlı futbolçu 2022–2024-cü illərdə “Zirə”nin formasını geyinib və Premyer Liqa təcrübəsi ilə yadda qalıb.