Angel Di Mariadan vida mesajı
Bakı, 18 may, Tsport.az
Portuqaliyanın “Benfica” klubunun təcrübəli yarımmüdafiəçisi Ángel Di María cari mövsümün sonunda komandadan ayrılacağını rəsmən açıqlayıb.
Tsport.az xəbər verir ki, 37 yaşlı Argentina millisinin üzvü, bu barədə şəxsi sosial şəbəkə hesabında paylaşım edərək klubla vidalaşıb. O, həmçinin FIFA Klublararası Dünya Çempionatında “Benfica”nın heyətində çıxış etməyəcəyini də bildirib.
Di Marianın mövcud müqaviləsi iyunun 30-da başa çatır. 2023-cü ilin yayında Lissabon klubuna qoşulan yarımmüdafiəçi bu mövsüm forma geyindiyi 39 matçda 15 qol vurub və 10 assist edib.