Ansu Fati “Atletico Madrid” yolunda
Bakı, 10 oktyabr, Tsport.az
Hazırda “Monaco” klubunda icarə əsasında çıxış edən ispaniyalı hücumçu Ansu Fati karyerasını “Atletico Madrid”də davam etdirə bilər.
Tsport.az xəbər verir ki, Madrid təmsilçisi 22 yaşlı futbolçu üçün “Barcelona” ilə danışıqlara başlayıb. Fati bu mövsüm “Monaco” ilə meydana çıxdığı 5 oyunda 6 dəfə fərqlənib.
Onun bazar qiyməti 5 milyon avro olaraq qeyd olunur.