Ansu Fati üçün “Barcelona” səhifəsi bağlanır
Bakı, 6 may, Tsport.az
“Barcelona”da gözləntiləri doğrultmayan Ansu Fati klubla yollarını ayırmağa hazırlaşır.
Tsport.az xəbər verir ki, komandanın yeni baş məşqçisi Hansi Flick artıq 22 yaşlı hücumçunun gələcək planlarda yer almadığını açıqlayıb.
İspaniyalı forvardın “Blaugrana” ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədə olsa da, bu mövsüm La Liga matçlarında cəmi 6 dəfə forma geyinməsi onun ayrılığını qaçılmaz edir.