-->
Dünya Futbolu

Antoine Griezmann ilə razılaşma əldə edilib.

Bakı, 16 aprel, Tsport.az

Atletico Madrid, Antoine Griezmann ilə 2026-27 mövsümünün sonuna qədər yeni müqavilə üçün razılığa gəldi.

Tsport.az xəbər verir ki ,Relevoda yer alan xəbərə görə, Antoine Griezmann “Atletico Madrid”dən ayrılmır. Fransız ulduz, klubla olan bağını 2027-ci ilin yayına qədər uzatmaq üçün razılığa gəlib.

Simeonenin israrla komandada saxlamaq istədiyi Griezmann, maaşını azaltmağı qəbul edərək klubda qalmağa razılaşıb.

“Los Angeles”FC-nın marağına baxmayaraq evində qalmağı seçən Grizi, yeni mövsüm planlarında da açar rol oynayacaq.

Atletico müdafiə xəttini gücləndirmək üçün “Tottenham”dan Cuti Romeronu hədəfə alıb. Azpilicuetanın ayrılığı halında isə iki stoper və bir sol cinah müdafiəçisi transferi gündəmdədir.

Aytac Mustafayeva