Dünya Futbolu

Antoine Griezmann Lionel Messinin rekorduna yaxınlaşır

Bakı, 16 mart, Tsport.az

İspaniyanın “Atletico” klubunun hücumçusu Antoine Griezmann, La Liqada Lionel Messinin rekordunu təkrarlamağa bir addım daha yaxındır.

Tsport.az xəbər verir ki, fransız futbolçu, La Liqada keçirdiyi 519 oyunla, “Barcelona”da uzun illər çıxış edən Lionel Messidən (520) sonra əcnəbi futbolçular arasında çempionat tarixində ikinci ən yüksək nəticəni göstərir.

33 yaşlı hücumçu, “Atletico”nun növbəti matçında meydana çıxdıqda, argentinalı futbolçunun rekordunu bərabərləşdirəcək.

Qeyd edək ki, A.Griezmann La Liqada “Atletico”nun heyətində 304, “Real Sociedad”da 141, “Barcelona”da isə 74 matçda iştirak edib.