Antoine Semenyo “Manchester United”in Transfer Hədəfindədir
Bakı, 14 may, Tsport.az
“Bournemouth” klubunun hücumçusu Antoine Semenyo yay transfer dönəmində komandadan ayrıla bilər.
Tsport.az xəbər verir ki, “Manchester United” 25 yaşlı qanalı forvardla ciddi şəkildə maraqlanır və artıq futbolçu ilə ilkin danışıqlar aparılıb.
Semenyo bu mövsüm 40 oyunda 11 qol vurub, 7 assistlə yadda qalıb. Onun sürəti, fiziki gücü və hücumda çevikliyi “Qırmızı Şeytanlar”ın diqqətini çəkib.
“Transfermarkt” portalına əsasən, Antoine Semenyonun bazar dəyəri 35 milyon avro olaraq qiymətləndirilir.
Əgər transfer baş tutarsa, Semenyo “Manchester United”in hücum xəttində alternativ seçimlərdən biri ola bilər.