Antonio Candreva yaşıl meydanlarla vidalaşıb
Bakı, 19 mart, Tsport.az
“İnter“in sabiq oyunçusu Antonio Candreva, futbol karyerasını başa vurdu.
Tsport.az xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçi, sonuncu klubu olan “Salernitana” ilə vidalaşaraq futbolu tərk edib.
Candreva, İtaliya milli komandasında 54 oyunda 7 qol vuraraq önəmli bir yer tutub. O, həmçinin 2014-cü ildə Braziliyada keçirilən Dünya Çempionatı və 2016-cı ildə Fransada təşkil edilən Avropa Çempionatlarında da İtaliya millisinin heyətində yer alıb.